Şəmkir şəhidini son mənzilə yola saldı - FOTOLAR
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri Xəlilov Murad Qalib oğlu doğulduğu Çinarlı qəsəbəsində dəfn edilib.
Şəhidimizin dəfn mərasimində Şəmkir RİH başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları, hərbiçi yoldaşları, rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə çıxış edən Rəşad Tağıyev şəhidin ailə üzvlərinə baş sağlığı verib, Murad kimi qəhrəmman oğullarla hər bir azərbaycanlının fəxr etdiyini vurğulayıb.
Şəhidin ailə üzvləri də, övladları ilə qürur duyduqlarını bildirib, Vətən üçün canından keçən bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Qəhrəman igidimiz Çinarlı qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin tabutu üzərinə sərilən bayraq icra başçısı tərəfindən onun atasına verilib.
Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub.
Döyüşlərdə 10 hərbçimiz yaralanıb.