BAŞIN SAĞ OLSUN, ŞƏMKİR!
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Şəmkir rayonun Çinarlı qəsəbə sakini, 2003-cü il təvəllüdlü əsgər Xəlilov Murad Qalib oğlu şəhid olmuşdur.
Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, RİH kollektivi və şəmkirlilər adından qəhrəman şəhidimizin ailəsinə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 nəfər hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.
Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.