Şəmkir rayonunun Əliyaqublu kəndində hesabat yığıncağı keçirildi.
5 fevral 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alipmaşa Məmmədovun iştirakı ilə Əliyaqublu kənd sakinləri ilə görüş keçirilmişdir.Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə,təşkilatların rəhbərləri və Əliyaqublu kənd sakinləri iştirak etmişlər.Görüşü giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq cari ildə kəndin sosial-iqtisadi inkişafında görüləcək işlərdən və həyata keçiriləcək layihələrdən danışdı. Keçirilmiş görüşdə kənd sakinləri və ağsaqqallar kənddə onlar üçün yaradılmış şəraitə görə başda cənab prezident İlham Əliyev və rayon rəhbərliyinə bir daha öz minnətdarlıqlarını bildirmişlər. Sonra Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Nümayəndəliyin inzibati binası və kənd uşaq baxçası ilə tanış olmuşdur.