Gənc müəllimlər birliyinin üzvüləri ilə görüş keçirilmişdir
04 fevral 2015 | 16:00
04 fevral 2015-ci il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov gənc müəllimlər birliyinin üzvüləri ilə görüş keçirmişdir. Görüşdə yeni yaradılmış gənc müəllimlər birliyinin üzvüləri, Təhsil şöbəsinin müdiri və İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişdir.
Görüşdə İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Gənc müəllimlər birliyinin üzvülərini salamlamış, onlara ölkədə aparılan təhsil siyasəti barədə geniş məlumatlar vermiş, yeni yaradılmış gənc müəllimlər birliyinin işləri ilə yaxından tanış olmuş və onlara gələcək işlərində öz tövsiyyə və tapşırıqlarını vermişdir.