Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Mobil Qrupların tərəfindən #REYDLƏR davam edir

28 oktyabr 2021 | 16:00

Şəmkir rayonunda koronavirus pandemiyasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətinin, Rayon Polis şöbəsinin və digər müaviq qurumların əməkdaşlarından ibarət mobil qruplar iri ticarət mərkəzlərində, kafe və restoranlarda, şadlıq saraylarında və digər qapalı məkanlarda yoxlamalar aparıb.

Mobil qruplar  rayonda fəaliyyət göstərən şadlıq saraylarında toy şənliklərinin keçirilməsi ilə bağlı müvafiq qaydalara əməl edib-etməmələrinə nəzarət etmək məqsədilə toy məclisinə gələn qonaqların COVID-19 virusuna qarşı vaksin olub-olmamalarını yoxlayıblar. Keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkar edilib.

Sakinlərlə proflaktiki söhbətlər aparılıb. Tövsiyyə və tələblərə əməl edən obyekt sahibləri yeni qüvvəyə minən qaydalardan hali olduqlarını bildiriblər.

Koronovirusla mübarizədə yeganə çıxış yolunun vaksinasiya olmasını nəzərə alaraq bu kimi yoxlamalar gündəlik olaraq davam etdiriləcək.

Keçidlər