Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlarımızı yad etmək ürəyi Vətən sevdası ilə döyünən hər bir vətəndaşın müqəddəs borcu olmalıdır” - Şəmkir RİH başçısı

19 oktyabr 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş İlkin Ələsgərli və Ruslan Nərimanzadənin ildönümlərində məzarlarını ziyarət edib, ailələrinə baş çəkib.

İcra başçısı əvvəlcə şəhidlərin ailə üzvləri , Vətən müharibəsi iştirakçıları və qazilərlə birlikdə qəhərəmanların məzarları önünə tər çiçəklər düzüb, onların xatirəsini ehtiramla yad edib.

Rəşad Tağıyev bildirib ki, milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu torpağın yetirdiyi igid oğul və qızlar qanları hesabına olsa da Vətənimizi göz-bəbəyi kimi qorudular və Azərbaycanın bütövlüyünü təmin etdilər. O Vətən ki, hər qarışı bizim üçün əzizdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq”.

Torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş bütün qəhrəman övladlarımıza Allahdan rəhmət diləyən icra başçısı şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən danışıb.

Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.

Keçidlər