YAP Şəmkir rayon təşkilatının geniş tərkibli Şura iclası keçirilib
31 yanvar 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şəmkir Rayon Təşkilatında şura iclası keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizin beynəlxalq aləmdə nüfuzu və siyasi çəkisi daha da artıb, Azərbaycan iqtisadi inkişafı ilə təkcə öz əhalisinin maddi rifah halının yaxşılaşdırılması ilə deyil, həm də dünya ölkələrinin enerji təchizatında önəmli rol oynayaraq burada da söz sahibinə çevrilib: “Əlbəttə, Azərbaycanın əldə etdiyi uğurların təminatçısı dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin uzaqgörən ideyalarının ardıcıl həyata keçirilməsi, bu istiqamətdə partiyamızın Sədri, ölkə başçısı İlham Əliyev cənablarının ortaya qoyduğu iradə və həyata keçirdiyi böyük işlərdir. Qeyd etmək lazımdır ki, ölkəmizin əldə etdiyi hər bir uğurda Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının və onun çoxminli üzvlərinin əməyi var. Azərbaycan xalqının ziyalı, qabaqcıl, vətənpərvər təbəqələrinin nümayəndələrini öz sıralarında birləşdirən YAP yarandığı ilk gündən ölkəmizin sürətli inkişafı və xalqımızın sosial rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl siyasət yürüdür. Sonra söz Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədova verildi. Cənab Alimpaşa Məmmədov bildirdi ki, YAP-ın alternativsiz siyasi qüvvə olduğunu və Azərbaycanın siyası arenasında özünəməxsus yer tutduğunu ifadə edib. Respublikada Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan abadlıq-quruculuq proseslərindən danışan natiq bu məqsədlə müxtəlif Dövlət Proqramlarının qəbul edildiyini, dövlət büdcəsinin ilbəil artdığını, qeyri-neft sektorunun inkişaf etdiyini vurğulayıb. Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ardıcıl, praqmatik siyasətin bu gün davam etdiyini, bunun nəticəsində də Avropanın yüz ilə keçdiyi inkişaf yolunun ölkəmiz tərəfindən on ilə keçdiyini vurğulayıb. Natiq Ulu Öndər Heydər Əliyevin siyasi varisi, YAP sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son 10 ildə əldə olunmuş uğurların partiyanın ən böyük təbliğat vasitəsi olduğunu qeyd edib. Şura iclasının sonunda partiyaya yeni qəbul edilmiş bir qrup gəncə vəsiqələr və hədiyyələr verilmişdir.