Şəhidimiz dəfn olunduğu Sabunçu rayonunda ildönümündə anılıb
Şəmkir rayonunun Kür qəsəbəsində dünyaya gələn şəhid Raul Priyev dəfn olunduğu Sabunçu rayonunda ildönümündə anılıb.
Tədbirdə iştirak edən Şəmkir RİH əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları şəhidin məzarını ziyarət edib, məzarı önünə tər çiçəklər düzüblər.
Şəhid Raul Priyevin ildönümündə iştirak edənlər şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, Vətən qəhrəmanının həyat və döyüş yolundan danışıblar.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin mühaibədə qazanılan şanlı Qələbədən və Şəmkir şəhidləri də xüsusi şücaət göstərib, Vətənin azadlığı uğrunda canlarını fəda ediblər.
Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Raul Priyev 04.06.1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. 2003-cü ildə Şəmkir rayon, Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin birinci sinifinə qəbul olub. 2006-cı ildə Bakı şəhər Sabunçu rayonu F.Bayramov adına 22 saylı tam orta məktəbin üçüncü sinifinə qəbul olub. Azərbaycan Texniki Universitetinin Dəmiryol nəqiliyyatı və təsərrüfatı mühəndisliyi fakültəsində təhsil almışdır. 08 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yola salınıb. 2019-cu il dekabr ayında könüllü olaraq Xüsusu Təyinatlı Qüvvələrin tərkibinə daxil olmuş və Cəlilabadın Göytəpə hərbi hissəsində davam etmişdir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhramanlıq göstərmişdir. 05 oktyabr 2020-ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuş və 15 oktyabrda Maştağada yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ölümündən sonra ”Şücaətə görə", “Döyüşdə fərqlənməyə görə", “Füzulinin azad olunmasına görə" və “Vətən uğurunda" medalları ilə təltif olunub.