Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə ictimai nəqliyyatda və qapalı məkanlarda reyd keçirilib - FOTOLAR

12 oktyabr 2021 | 16:00

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Şəmkir rayonunda pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirilir.

Şəmkir RİH və Rayon Polis Şöbəsinin əməkdaşları rayonda fəaliyyət göstərən şadlıq saraylarında toy şənliklərinin keçirilməsi ilə bağlı müvafiq qaydalara əməl edib-etməmələrinə nəzarət etmək məqsədilə toy məclisinə gələn qonaqların COVID-19 virusuna qarşı vaksin olub-olmamalarını yoxlayıblar.

Keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkar edilib.

Həmin şəxslərə qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib və xəbərdarlıq olunub.

Həmçinin, ictimai nəqliyyatda - taksi, avtobuslarda tibbi maskalardan istifadə etməyən sərnişin və sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib, onlarla maarifləndirici söhbətlər aparılıb. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud tələbləri anlayışla qarşılamalıdır. Bütün bu tədbirlərin onların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu gündən Şəmkirdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.

Keçidlər