Keçili kəndində Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi
Vətən müharibəsi şəhidi Abdulayev Mərahim Aslan oğlunun xatirəsi ailəsi tərəfindən doğulub boya başa çatdığı Keçili kəndində əbədiləşdirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə dövlət himni səsləndirilib və Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidin ailə üzvləri Mərahimin keçdiyi döyüş yolundan danışıb, bu gün ölkəmizdə aparılan siyasətin şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildiriblər.
Sonda məktəb şagirdlərinin ifasında şəhid Mərahimin xatirəsinə həsr olunan hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.