Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI ŞƏHİDLƏRİN İLDÖNÜMLƏRİNDƏ MƏZARLARINI ZİYARƏT ETDİ

01 oktyabr 2021 | 16:00

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Emin Alməmmədov, Qurban Qəzənfərli və Niyaməddin Məhərrəmovun məzarını şəhidlərimizin il dönümlərində ziyarət edib.

Rəşad Tağıyev qəhrəman Vətən oğullarının məzarları başında çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qazanılan şanlı Qələbədə Eminin, Qurbanın, Niyaməddinin timsalında bütün Şəmkir şəhidlərinin şücaətindən danışıb.

Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən söz açan icra başçısı illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb və belə igid Vətən oğulları ilə fəxr etdiyini dilə gətirib.

Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər.
Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.

Qeyd edək ki, Emin Alməmmədov Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra “ İgidliyə görə”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Niyaməddin Məhərrəmov da Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Keçidlər