ŞƏMKİRDƏ PROKURORLUQ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD EDİLİB
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon prokuroru Azər Hətəmov, hərbi prokuror Şöhrət Qəhərmanov və rayonun prokurorluq işçiləri iştirak etdikləri bayram tədbiri iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qeyd edib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.
Rəşad Tağıyev prokurorluq işçilərinə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına şərəflə xidmət edir.