Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI ŞƏHİDİN AD GÜNÜNDƏ MƏZARINI ZİYARƏT ETDİ

26 sentyabr 2021 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Habil Əbdürrəhimlinin doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət edib.

İcra başçısı, RİH-in məsul əməkdaşları, Sabirkənd gəcləri kənd ərazisində yerləşən Şəhidlər Xiyabanında olub, Habil Əbdürrəhimlinin və bütün kənd şəhidlərinin xatirəsi ehtiramla yad ediblər.
Daha sonra icra başçısı şəhidin ailəsinə baş çəkib.

Şəhid ailəsi ilə söhbət zamanı Rəşad Tağıyev Habil Əbdürrəhimlinin timsalında bütün şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirilib, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb.

Görüş zamanı şəhidin keçdiyi qəhrəmanlıq yolundan danışılıb.

Şəhid Habil Əbdürrəhimlinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.
Qeyd edək ki, Habil Əbdürrəhimli 1997-ci il sentyabrın 26-da Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. 

2014-2018-ci illərdə isə Dövlət Sərhəd Xidmətinin Akademiyasında ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Habil Əbdürrəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Habil Əbdürrəhimli noyabrın 8-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Habil Əbdürrəhimli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

ALLAH RƏHMƏT ELƏSİN!

Keçidlər