ŞƏHİD AİLƏLƏRİNİN ZİYARƏTİ DAVAM EDİR
Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Şəmkir şəhidlərinin əziz xatirəsinə həsr olunmuş 27 sentyabr Anım Günü ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər davam etdirilir.
Bu gün Kür qəsəbə körpələr evi-uşaq bağçasının balaca fidanları Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn şəhid qardaşlar Çingiz və Cavid Məmmədovun ailəsini ziyarət ediblər.
Şəhid ailələri şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.