Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində hesabat yığıncağı keçirildi.

29 yanvar 2015 | 16:00

29 yanvar 2015-ci il tarixdə Şəmkir rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun iştirakı ilə Zəyəm Cırdaxan  kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2014–cü ilin yekununa dair hesabat yığıncağı keçirilmişdir.Hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə,təşkilatların rəhbərləri və  Zəyəm Cırdaxan  kənd sakinləri iştirak etmişlər.Hesabat iclasını giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq cari ildə kəndin sosial-iqtisadi inkişafında görüləcək işlərdən və həyata keçiriləcək layihələrdən danışdı.. Həmçinin  rayonun  kəndlərində elektrik dirəklərinin  və kabellərinin  yenisi ilə əvəz olnması,  kəndin  içməli su problemini  həll edilməsi  haqqında sakinlərə geniş məlumat vermişdir.                                                  

Daha sonra Zəyəm Cırdaxan  kənd inzibati ərazi dairəsi üzrə nümayəndə  Faiq Hüseynov    hesabat məruzəsi ilə çıxış etmişdir. Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılmış, kənd sakinləri dinlənilmişdir.

Yekunda kənd sakinləri, ağsaqqallar, kənddə onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər