MAHMUDLU KƏNDİ VƏ ZƏYƏM QƏSƏBƏSİNDƏN OLAN ŞƏHİD AİLƏLƏRİNƏ BAŞ ÇƏKİLİB
Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı günün - sentyabrın 27-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.
Ölkə başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıq və tövsiyələrin icrası məqsədilə Şəmkir rayonunda da 27 sentyabr Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir.
Bu gün Şəmkir Elektrik Şəbəkəsinin və Regional Qaz İstismar Sahəsinin, rəhbərliyi və məsul işçiləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan və Şəhidlik adlı uca zirvəyə yüksələn şəhid Musayev Niyaməddin Zirəddin oğlu, şəhid Namazov İsmət Nüsrət oğlunun və şəhid Məmmədov Pərvin Natiq oğlunun ailəsini ziyarət ediblər.
Şəhid ailələri şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlıqlarını bildiriblər.