Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH BAŞÇISI RƏŞAD TAĞIYEV İCTİMAİ ŞURANIN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

23 sentyabr 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüş keçirib.

İcra başçısı görüşdə dövlət-vətəndaş münasibətlərinin inkişafında ölkəmizdə yeni mərhələnin başlandığını, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi, şəffaflıq prinsipinin təmin olunması ilə bağlı mühüm vəzifələrin müəyyən olunduğunu vurğulayıb.

Rəşad Tağıyev qeyd edib ki, cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması və funksiyalarından irəli gələn digər məsələlərdə səmərəli fəaliyyəti üçün RİH başçısı yanında İctimai Şuraya lazımi şərait yaradılacaq.

İctimai Şuranın üzvləri onlara göstərilən etimadı doğruldacaqlarını vurğulayıb, şuranın fəaliyyətinin Şəmkirin həyatı ilə bağlı müxtəlif məsələlərin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər.   

Tədbirdə İctimai Şura ilə əməkdaşlığın daha səmərəli təşkili, rayonun ictimai həyatında vətəndaş cəmiyyətinin dəstəyi, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi, vətəndaş-İctimai Şura-RİH kommunikasiyasının təşkili və sair barədə də müzakirələr aparılıb.

 

 

Keçidlər