Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI

22 sentyabr 2021 | 16:00

VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANLARI

"Azadlıqdan xilas edilən Xarı Bülbül"

Azərbaycan ordusunun  44 günlük qələbəsi Şanlı Tariximizin yazılması ilə nəticələndi.

Vətən müharibəsində biz öz siyasi, iqtisadi gücümüzü ortaya qoyduq və göstərdik ki, Azərbaycan ordusu, Azərbaycan xalqı nəyə qadirdi.

Bu qələbəni qazanmağımıza bizim ən nəhayət əsgərlərimiz, generallarımız, polkovniklərimiz, qazilərimiz, qəhrəman şəhidlərimiz, Azərbaycan Respublikasının Prezidenti llham Əliyev uğurlu siyasəti nəticəsində biz bu qələbəyə sahib olduq.

Namus savaşında Şəhidlər verdik, nə qədər valideynlər övladlarını itirdi. O, valideynlər ki, övladlarını vətən üçün yetişdirib vətənə də qurban verdilər. Lakin bütün bunlara baxmayaraq onların sevinc mənbəyi olaraq doğma yurdumuzun, torpaqlarımızın, rayonlarımızın azad olunması bizim üçün hər şeyə dəyərdi. Bununla bizim ərazi bütövlüyümüz də bərpa olundu.

Bizim əsgərlərimiz şəhidlərimizin qanını yerdə qoymadılar və sübut etdilər ki, onlar bir yumruq kimi birləşib qardaş olmuşdular.

Əsgərlərimiz təkcə yoldaşlarının deyil, eyni zamanda günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin  də intiqamını düşməndən məharətlə geri aldılar. Çünki biz birlikdə güclüyük.

Ruslan Nərimanzadə 1995-ci il aprelin 23-də Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2003–2012-ci illərdə S. Məmmədov adına Zəyəm Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Ruslan Nərimanzadə 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Nərimanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ruslan Nərimanzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.

Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində anadan olub. Ailəli idi. İki qızı və bir oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Qəhrəmanov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Mərahim Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətinin ilk 5 ayından sonra Vətən müharibəsi başlamışdır. O, müharibənin ön cəbhəsinə könüllü olaraq atılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edildi.

Keçidlər