Şəmkir rayonunda ” Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib
Yanvarın 29-da Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət mərkəzində ”Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib.
Konfransda Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Sosial-iqtisadi inkişafın təhlili və praqnozlaşdırılması şöbəsi üzrə müavini Fəxrəddin Vəliyev və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev iştirak etmişlər.
Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bildirib ki, 2014-cü il ərzində mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan qeyri-ərzaq malları qanuna müvafiq qaydada satışdan çıxarılaraq məhv edilib.
Daha sonra tədbirdə, ərzaq məsulları alarkən nələrə diqqət yetirməli mövsusunda geniş çıxışlar olmuşdur.