Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD ÖVLADININ 1 YAŞI OLDU

18 sentyabr 2021 | 16:00

ŞƏHİD ÖVLADININ 1 YAŞI OLDU

ÖLÜMÜNDƏN ÖNCƏ YENİ DÜNYAYA GƏLƏN KÖRPƏSİNƏ BAŞ ÇƏKMİŞDİ

Vətən Müharibəsi şəhidi Ruslan Qəhrəmanovun yadigarı olan oğlu Yusifin doğum günüdür. Onun 1 yaşı tamam olur.

Şəmkir RİH başçısı aparatının məsul əməkdaşları şəhid övladını təbrik etmək üçün onun yaşadığı ünvana baş çəkib, hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 5-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəmkir rayonunun Xuluf kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəmanımız son nəfəsində belə övladını düşünüb. Ölümündən öncə yeni dünyaya gələn körpəsi ilə vidalaşıb, vətən uğrunda döyüşə atılıb.

Doğum günün mübarək vətən, yurd, şəhid əmanəti!

Sənə xoşbəxt həyat arzulayırıq.

Buna daha çox haqqı çatan Sizlərsiniz.

Çünki atalarınız canları, qanları ilə Sizlərə bu haqqı qazandırıblar.

Keçidlər