Şriftin ölçüsü :

Saytın rəngi :

YAŞASAYDI 20 YAŞINI QEYD EDƏCƏKDİ

02 iyul 2021 | 16:00

Şəhidin ad günü məzarı yanında qeyd olunub

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Şəmkir rayonunun Ələsgərli kəndindən olan Nəbiyev Zaur Ələddin oğlununun ad günü uyuduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub.
Mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, şəhidin hərbiçi yoldaşları və yaxınları, kənd sakinləri iştirak ediblər. İştirakçılar şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

Zaur Nəbiyev yaşasaydı 20 yaşını qeyd edəcəkdi.

Anım mərasimində şəhidin həyat yolundan danışılıb, 2020-ci il oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb. Şəhid Zaurun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər.

Daha sonra Ələsgərli kəndindən olan, Vətən müharibəsi şəhidi Cuvarov Tural Zahid oğlunun və Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Tədbirdə Ələsgərli kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə sağlamlıqlarına qovuşsun!

Keçidlər