Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR ÇEMPİONUNU QARŞILADI

21 may 2021 | 16:00

Bildiyiniz kimi, Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilib.

140 xalla komanda hesabında Avropa üçüncüsü olan Azərbaycan milli komandasının qalib idmançıları vətənə dönüblər.

Milli komandamızı turnirdə təmsil edən mötəbər turnirdə bürünc medal qazanan idmançı Zirəddin Bayramov Şəmkirdə təntənə ilə qarşılanıb.

Qarşılanma mərasimində Şəmkir RİH başçısının səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev, RİH rəsmiləri, Gənclər İdman İdarəsinin əməkdaşları və yerli idmançılar iştirak ediblər.

Rayon rəsmiləri və Avropa üçüncüsü, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Zirəddin Bayramov əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri qoyublar.

Daha sonra rayonun idman ictimaiyyəti ilə görüş keçirilib.

Fəxrəddin Vəliyev bildirib ki, gənc idmançımızın qazandığı uğur Şəmkir üçün çox önəmli bir hadisədir. Zirəddinin bu qələbəsi yerli idmançılarımızı gələcəkdə daha böyük nailiyyətlər əldə etməyə ruhlandıracaq.

Azərbaycan idmançıları yarışlarda uğurla iştirak etdilər. İdmaçılarımızın qazandığı medalların sayı və keyfiyyəti Cənab Prezidentimizin idmana göstərdiyi diqqət və qayğının nümunəsidir.

Qeyd edək ki, Zirəddin bürünc uğrunda mübarizədə Belarus təmsilçisi Vladislav Koyka ilə görüşüb. O, rəqibinə heç bir şans verməyib (10:0) və bürünc medala sahib olub.

Onu da bildirək ki, şəmkirli idmançı Zirəddin Bayramov 2019-cu ildə İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında erməni rəqibini tatmidən ağladaraq yola salmış və bürünc medal qazanmışdır.

Keçidlər