VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISINA ŞƏMKİR RİH-DƏ YÜKSƏK VƏZİFƏ VERİLDİ
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə Şəmkir Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Belə ki, Şəmkir RİH başçısı Alimpaşa Məmmədovun müvafiq əmri ilə qeyd olunan şöbənin böyük məsləhətçisi vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, Musayev İlkin Fikrət oğlu təyin edilib.
Qeyd edirik ki, İlkin Musayev 1994-cü ildə Sabirkənd kəndində anadan olub, Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından İ.Musayevi təbrik edir, şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq!