Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI BÜTÜN RAYON AĞSAQQALARINA XİDMƏTLƏRİNƏ, XÜSUSİLƏ DƏ YAS MƏRASİMLƏRİNİN SADƏLƏŞDİRİLMƏSİNƏ GÖRƏ TƏŞƏKKÜR ETDİ

23 aprel 2021 | 16:00

BİLAL MƏMMƏDOV ŞƏMKİR AĞSAQQALLAR ŞURASININ SƏDRİ SEÇİLDİ

Şəmkir rayonunda Ağsaqqallar Şurasının iclası keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədrinin müavini Bayram Yusifov  ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyətini yüksək qiymətləndirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, istər dünyanı cəngina almış karonavirus (COVİD-19) infeksiyası ilə mübarizədə, istərsə də Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi və şanlı ordumuzun zəfəri ilə başa çatan Vətən Müharibəsi zamanı hər birimizin arxa cəbhədə bir yumruq kimi birləşməsi Şəmkir ağsaqqlları böyük dəstək və fədakarlıq göstərdilər: “Ağsaqqal sözü dərin məna kəsb edir. Ağsaqqal həmişə lazımi anlarda düzgün yol göstərməsi ilə gənclərə kömək edir, cəmiyyətdə böyük nüfuz sahibi olur. Siz də gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında, xalqımızın cənab Prezidentin ətrafında sıx birləşməsində əvəzolunmaz xidmətlər göstərdiniz. Ən əsası isə Şəmkir rayonunda dəbdəbəli ehsan verilməsinin qarşısının alınması təklifi ilə çıxış etdiniz və bu işin öhdəsindən gəldiniz. Bu fədakar xidmətləriniz həm cəmiyyətimiz, həm də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Əminəm ki, bundan sonra da rayonumuzda şərəfli və qürurlu vəzifələrin həyata keçirilməsində, milli və mənəvi dəyərlərimizin qorunmasında dəstəyinizi əsirgəməyəcəksiniz”.

Çıxış edənlər yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açıb. Bu qayğının təzahürüdür ki, Şəmkir rayonunda ağsaqqallarla gənclərin işbirliyi vəhdət təşkil edir.
Görüşdə Rayon Ağsaqqallar Şurasının bundan öncəki üzvlərinə RİH başçısı Alimpaşa Məmmədov tərəfindən fədakar xidmətlərinə görə “Təşəkkürnamə” verilib.

Sonra təşkilati məsələlər müzakirə olunub. Şəmkir Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. 

Bilal Məmmədov Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.
Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Keçidlər