Şriftin ölçüsü :

Saytın rəngi :

MƏRKƏZİ BAZARIN QARŞISINDA PİYADALARIN TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİLDİ

22 aprel 2021 | 16:00

Şəmkir şəhər sakinləri tərəfindən Mərkəzi bazarın çıxışında 20 Yanvar küçəsinə piyada keçidinin yerləşdirilməsi ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinin “Bir Pəncərə” Xidmət Mərkəzinə etdikləri müraciət müsbət həll edilib.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən vətəndaşların etdikləri müraciətlə əlaqədar həmin əraziyə baxış keçirilərək piyada keçidinin qoyulmasının labüd olduğu nəzərə alınıb.

Şəhərin 20 Yanvar küçəsində avtomobillərin intensiv hərəkəti və eyni zamanda Mərkəzi bazarın çıxışında müşahidə edilən sakinlərin sıxlığı nəzərə alınaraq
yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə həmin əraziyə piyada keçidi yerləşdirilib.

Qeyd edək ki, həyata keçirilmiş bu tədbir piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini və nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Keçidlər