Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRİN ELEKTRİK ENERJİSİ TƏSƏRRÜFATI YENİLƏNİR

22 aprel 2021 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla icra edilir.

Respublikamızın digər regionlarında olduğu kimi Şəmkir şəhərində də elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində genişmiqyaslı işlər görülür.

Bu günlərdə Şəmkirdə 7-ci şəhər adlanan elektrik təsərrüfatında yararsız naqil və dayaqlar yeni beton dayaq və kabellərlə əvəz olunub.

Bununlada həmin ərazidə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatının dayanıqlı və keyfiyyətli olmasına şərait yaradılmışdır.

Şəmkir şəhərinin elektrik enerjisi təsərrüfatında görülən işlərin əsas məqsədi abonentləri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək, eyni zamanda tamamilə yenidən qurulan elektrik təchizatı şəbəkələrində itkiləri minimuma endirməkdir.

Keçidlər