QARACƏMİRLİ VƏ MAHMUDLUDAN SONRA NƏRİMANLI VƏ YENİ GÖYÇƏDƏ
Respublikanın bütün regionlarında olduğu kimi Şəmkir rayonunda da genişmiqyaslı yenidənqurma işləri davam etdirilir.
Bu işlərin bir parçası da istismar müddətini başa vurmuş elektrik şəbəkələrinin yenilənməsidir.
Artıq Şəmkir rayonun Qaracəmirli və Mahmudlu kəndlərində SİB kabelləşmə işləri sürətlə davam etdirilir. Bununla da istənilən hava şəraitində sakinlər 24 saat fasiləsiz ereji ilə təchiz olunacaqlar.
Adı çəkilən kəndlərdə SİB kabelləşmə işləri yekunlaşandan sonra növbəti mərhələdə ucqar dağ kəndləri olan Nərimanlı, Yeni Göyçə, Varlı Həyat, Qaraqoyunluda işlər başlayacaq.
Qeyd edək ki, şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün SİB kabelləşmə mərhələlərlə Şəmkir rayonun bütün kəndlərində həyata keçiriləcəkdir.