GƏNC XANIMA YENİ VƏZİFƏ VERİLDİ
07 aprel 2021 | 16:00
yon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Əliyeva Pakizə Vüsal qızı Zəyəm qəsəbə körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilib.
1996-cı ildə Zəyəm qəsəbəsində anadan olan Pakizə Əliyeva ali təhsillidir, Bakı Dövlət Üniversitetinin Psixologiya fakültəsini bitirib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından P.Əliyevanı təbrik edir, yeni işində uğurlar arzulayırıq!