ŞƏMKİR RİH "BİR PƏNCƏRƏ XİDMƏT MƏRKƏZİ"
HƏFTƏNİN İLK GÜNÜ, GÜNÜN İLK YARISI- 115 NƏFƏRİN MÜRACİƏTİNƏ BAXILIB
Şəmkir RİH “Bir Pəncərə” Xidmət Mərkəzi bu gün operativ şəkildə vətəndaşların qəbulunu həyata keçirib.
“Bir Pəncərə” Xidmət Mərkəzinin könüllülərinin iştirakı ilə qəbula gələn vətəndaşların zala tibbi maska ilə daxil olmalarına və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etmələrinə xüsusi diqqət yetirilib.
Eyni zamanda ehtiyat tədbirləri çərçivəsində “Bir Pəncərə” Xidmət Mərkəzinin binasına daxil olan vətəndaşların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
Vətəndaşlardan qəbulda iştirak edərkən sosial məsafəni saxlamaqla növbələrini gözləmələri xahiş edilib.
Bütün bu qabaqlayıcı tədbirlərlə, pandemiya ilə bağlı mövcud karantin qaydalarına uyğun şəkildə keçirilən qəbulda gün ilk yarısında növbəlilik əsasında 115 nəfər Şəmkir sakininin müraciəti dinlənilib. Qəbul hazırda davam edir.
Qeyd edək ki, "Bir Pəncərə" Xidmət Mərkəzi həftənin 5 günü saat 9:00-dan 18:00-a kimi, həftənin 6-cı günü isə 9:00-dan 13:00-a kimi vətəndaşlara operativ şəkildə xidmət göstərir.
.