Şriftin ölçüsü :

Saytın rəngi :

İLK GÜNÜMÜZDƏ 169 NƏFƏRİN MÜRACİƏTİNƏ BAXILDI

02 aprel 2021 | 16:00

Şəmkir RİH “Bir Pəncərə” Xidmət Mərkəzi bu gün vətəndaşların qəbulunu həyata keçirib.

“Bir Pəncərə” Xidmət Mərkəzinin könüllülərinin iştirakı ilə qəbula gələn vətəndaşların zala tibbi maska ilə daxil olmalarına və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etmələrinə xüsusi diqqət yetirilib.

Eyni zamanda ehtiyat tədbirləri çərçivəsində “Bir Pəncərə” Xidmət Mərkəzinin binasına daxil olan vətəndaşların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Vətəndaşlardan qəbulda iştirak edərkən sosial məsafəni saxlamaqla növbələrini gözləmələri xahiş edilib.

Bütün bu qabaqlayıcı tədbirlərlə, pandemiya ilə bağlı mövcud karantin qaydalarına uyğun şəkildə keçirilən qəbulda gün ərzində növbəlilik əsasında 169 nəfər Şəmkir sakininin müraciəti dinlənilib.

Keçidlər