ŞƏMKİR RİH ŞƏHİD QARDAŞININ İSTƏYİNƏ ƏSASƏN FHN-Ə MÜRACİƏT ETDİ, ŞƏHİD QARDAŞI İŞLƏ TƏMİN OLUNDU
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tural Cuvarovun qardaşı Orxan Cuvarov Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsində işlə təmin olunub.
Belə ki, şəhidimizin qardaşı Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət edərək Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsində işlə təmin olunmasını xahiş etmişdir. Orxan Cuvarovun istəyi RİH tərəfindən dərhal Fövqalada Hallar Nazirliyinə ünvanlanmış və müracətə həssaslıqla yanaşılaraq, anında münasibət göstərilmişdir.
Orxan Cuvarovun Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsində işə təyin olunması barədə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, Daxili Xidmət general-mayoru Füzuli Əsədov əmr imzalayıb.
Qeyd edək ki, Şəmkir rayonunun Ələsgərli kəndindən olan şəhid Tural Cuvarov Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Xidmətlərinə görə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub, Ələsgərli kəndində torpağa tapşırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Müraciətə həssaslıqla yanaşdığına və şəhid əmanətinə göstərilən diqqətə görə Fövqalada Hallar Nazirliyinə Şəmkir RİH və bütün şəmkirlilər adından təşəkkürümüzü bildiririk!