Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏ ŞƏHİD AİLƏLƏRİNƏ NOVRUZ SOVQATI PAYLANILDI

15 mart 2021 | 16:00

GÖZÜN ARXADA QALMASIN, NUR ÜZLÜ ŞƏHİDİM!!!

Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Novruz Bayramı münasibətilə Vətən Müharibəsi şəhidlərinin ailələri evlərində ziyarət olunub, bayram sovqatı çatdırılıb.

Görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiram göstərilib, dövlətimizin onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıdan danışılıb. Azərbaycan üçün qəhrəman övladlar böyüdən ailələrə bildirilib ki, şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Onların xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsası vəzifəmizdir.
Şəhid ailələrini bayram ziyarətində “Şəmkir Gənc Tərbiyyəçilər Birliyi”nin üzvləri tərəfindən Novruz Xonçaları hazırlanıb və ailələrə çatdırılıb.

Şəhid ailələrinin üzvləri arzu və istəkləri bildirməklə yanaşı onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

Keçidlər