VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, BAŞ LEYTENANT TURAL MUSAZADƏYƏ ŞƏMKİR RİH-DƏ YÜKSƏK VƏZİFƏ VERİLDİ
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni kadr təyinatı olub.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Musazadə Tural Əjdər oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.
22 oktyabr 1991-ci ildə Mahmudlu kəndində anadan olan Tural Musazadə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, Litva Respublikasında isə Mykolos Romeries Unversitetinin Sosiologiya fakültəsini bitirib.
Tural Musazadə Vətən Müharibəsinin iştirakçısıdır. Talış və Suqovuşanın azad olunması istiqamətində gedən döyüşlərdə Baş Leytenant kimi iştirak edib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Tural Musazadəni təbrik edir, yeni işində uğurlar arzulayırıq!