Şriftin ölçüsü :

Saytın rəngi :

ONLAR DA UNUDULMADI

08 mart 2021 | 16:00

Yaşlı insanlara, ahıl vətəndaşlara dövlət qayğısının ildən-ilə artırılması Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ötən dövrdə aparılan məqsədyönlü işlər nəticəsində bu kateqoriyadan olan insanlarımız etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar.

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində də Şəmkir şəhərində yaşayan tənha ahıllar unudulmayıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhər ərazisində yaşayan tənha qadınları evlərində ziyarət ediblər.

Tarixən ağlı, zəkası, gözəlliyi, namusu, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının ünvanlarına xoş sözlər deyilərək bayramları təbrik edilib. Tarixin bütün dönəmlərində qadınlarımızın cəmiyyətin mənəvi dayağı olması, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar göstərməsi onların diqqətinə çatdırılıb.

Belə görüşlərin hər biri ahıl insanlar üçün ilk növbədə çox böyük mənəvi dəstək olmaqla yanaşı, onlarda sonsuz sevinc və fərəh hissi yaradır. Onlar bir daha dərk edirlər ki, heç də həyatda tənha deyillər, Azərbaycan dövləti daim onların himayədarıdır.

Keçidlər