ŞƏMKİR ELEKTRİK ŞƏBƏKƏSİNƏ YENİ RƏİS TƏYİN OLUNUB.
Şəmkir Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə yeni təyinat baş tutub.
Belə ki, “Azərişıq” ASC-nin sədri Vuqar Əhmədovun müvafiq əmrinə əsasən Abbaszadə Ərşad Abbas oğlu Şəmkir Elektrik Şəbəkəsinin rəisi təyin edilib.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir Elektrik Şəbəkəsinin yeni rəisi Ərşad Abbaszadəni təbrik edərək, ona şərəfli və məsuliyyətli işində uğurlar arzulayıb.
Ə.Abbaszadə də öz növbəsində Alimpaşa Məmmədova və bütün şəmkirlilərə göstərilən dəstəyə və diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Ə.Abbaszadə bundan öncə Qobustan Elektrik Şəbəkəsinin rəisi vəzifəsində çalışıb.
ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ VƏ BÜTÜN ŞƏMKİRLİLƏR ADINDAN ƏRŞAD ABBASZADƏNİ TƏBRİK EDİR, İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ!