Şriftin ölçüsü :

Saytın rəngi :

MƏRKƏZİ BANK VƏ ŞƏMKİR RİH-İN TƏŞKİLATÇILIĞI İLƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ KEÇİRİLƏN VİDEOKONFRANSLAR

28 fevral 2021 | 16:00

Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı.

Bu tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.

Bu qayğının bariz nümunəsi olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən Müharibəsində şəhid olan Şəmkir şəhidlərinin ailələri və qazilərlə videokonfrans keçirilib.
18 şəhid ailəsi və 54 qazi ilə keçirilən görüş zamanı onlara aid olan borc öhdəliklərinin silinməsi istiqamətində müzakirələr aparılıb.

Göstərilən diqqət və qayğıya görə şəhid ailələri Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Mərkəzi Bank rəhbərliyinə və Şəmkir RİH-ə təşəkkürlərini bildiriblər.

Onu da bildirək ki, Azərbaycan Respublikası Prezidentini Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Şəmkir rayonundan olan şəhid ailələrinin banklar qarşısında kredit öhdəliyi olan əsas borcun, həm də faizlərin silinməsini təmin edilmişdir.

Keçidlər