Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əmanətlərinə qayğı göstərmək hər bir vətəndaşın mənəvi borcudur

28 fevral 2021 | 16:00

Bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Şəmkir rayonunda Azərbaycanımızın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərilir.

Bütün Azərbaycanımıza “Azad Vətən”, “Azad Qarabağ” kəlməsini bəxş edən bu qəhrəman qardaşlarımız bizlərə əmanətlər də qoyub getdilər.

Bu əmanətlərin səhhətlərinin qorunması da diqqətdən kənarda qalmır.

Bu günlərdə şəhid Emin Alməmmədovun əmanəti olan övladları - Alməmmədov Əbəlfəz Emin oğlu və Alməmmədova Xədicə Emin qızının səhhətində yaranan problemlərə görə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən "Bakı Sağlamlıq Mərkəzi" və "Kaspian İnternational Hospital"da müyinə və müalicəsi aparıldı, əməliyyat olundu.

Bu günə qədər Şəmkir rayonunda 10-a yaxın şəhid ailəsinin sağlamlıqlarında yaranmış problemlərlə əlaqədar ölkəmizin müxtəlif səhiyyə müəssisələrinə müraciət edilib, onlardan bəziləri əməliyyat olunub, bəzilərinin müayinə və müalicəsi aparılıb, dərman pereperatları ilə təmin edilib.

Keçidlər