Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətimizin prioritet vəzifəsidir

28 fevral 2021 | 16:00

Bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Şəmkir rayonunda Azərbaycanımızın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir, şəhid ailələri və qazilər evlərində ziyarət olunur.
Şəhidlərimizin ailələri də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə edirlər.

Keçidlər