Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir.

23 yanvar 2015 | 16:00

23  yanvar 2015 – ci il tarixdə  Şəmkir rayon İcra hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov   tərəfindən, vətəndaşların növbəti  qəbulu  keçirilmişdir.

Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.

Vətəndaşların qəbulu saat 10:00 – da başlamış və saat  17 : 40 – dək davam etmişdir.Qəbula yazılmış 98  nəfər vətəndaşın müraciəti dinlənilmiş, vətəndaşlar tərəfindən edilmiş çox saylı müraciətlərin əksəriyyəti  torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur. Vətəndaşlar tərəfindən edilmiş cox saylı müraciətlərin bir qismi yerində həll edilmiş,digər müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin  həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.

Keçidlər