Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISININ BİRİNCİ MÜAVİNİ FƏXRİ FƏRMANLA MÜKAFATLANDIRILDI

12 fevral 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Qüdrət Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən Müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqiliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzimkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunub.

Qeyd edək ki,  Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən İkinci Qarabağ müharibəsi dövründə arxa cəbhədə dövlətimizə, dövlət başçımıza, ordumuza dəstək nümayiş olunmuş, təşkilati işlər yüksək səviyyədə aparılmışdır.

Keçidlər