VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANINA ŞƏMKİR RİH-DƏ VƏZİFƏ VERİLDİ
12 fevral 2021 | 16:00
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Bayramov Emin Azər oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi-baş mühasib vəzifəsinə təyin edilib.
8 may 1996-cı ildə anadan olan Emin Bayramov Gəncə Dövlət Universitetini bitirib, Vətən Müharibəsinin iştirakçısıdır.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Emin Bayramovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!