QAZİMİZ SAMİR HACIYEV SAĞLAMLIĞINA QOVUŞDU
Bizə qalib ölkə sevinci yaşadan əsgərlərimizidən kimi şəhid olaraq ən böyük zirvəyə qalxdı, kimisi isə qazi olaraq qalib əsgər kimi evinə döndü. Bu gün Şəhid ailələri diqqət mərkəzində saxlanıldığı kimi, qazilərimizin də sağlamlığı hər birimiz üçün vacib və önəmli məsələdir.
Onların sağlamlığının bərpa olunması üçün dövlətimiz tərəfindən bu gün durmadan işlər aparılır. Cənab Ali Baş Komandann diqqət və qayğısı hər zaman bu qəhrəman oğulların üzərindədir.
Bu istiqamətdə Şəmkir RİH tərəfindən də məqsədyönlü işlər aparılır, hər bir rayon qazisinə qayğı göstrilir. Bu işdə səhiyyə müəssisələrimizin də dəstəyi danılmazdır.
Qəlbi vətən sevdası ilə döyünən həkimlərimizlə qazilərimizin sağlamlığının bərpası üçün sıx əməkdaşlıq edilir. Belə vətənsevər həkimlərimizdən biri də MEDİKUS CLİNİC-in həkimi Şəfa Cavadovadır.
Xəbər verdiyimiz kimi, qazilərimizdən biri, Şuşa döyüşlərində qəhrəmalıq göstərən un döyüşlər zamanı dili tutulur. Qazimizin sağlamlığının bərpası üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən “ müraciət olundu.
Həkim Şəfa Cavadova tərəfindən bugünə kimi müalicə olunan qazimiz Həsənov İslam İlqar oğlunun dili açıldı, Niftalıyev Famil Zirəddin oğlu sağlamlığına qovuşdu.
Bu gün isə Hacıyev Samir Hacıağa oğlu Şəfa Cavadova trəfindən mehribanlıqla qarşılanıb, müayinə və müalicə olunub, dərmanlarla təmin olunub.
Göstərdiyi dəstəyə və əvəzsiz xidmətlərinə görə Şəmkir RİH kollektivi və bütün şəmkirlilər adından “MEDİKUS CLİNİC”ə və Həkim Şəfa Xanım Cavadovaya dərin təşəkkürümzü bildiririk.