BU KƏNDDƏ EHSAN ƏVƏZİNƏ KÜÇƏ TƏMİR ETDİRMƏK ARTIQ ƏNƏNƏYƏ ÇEVİRİLİB
Xəbər verdiyimiz kimi, bu günlərdə Dəllər Cəyir kənd sakinləri növbəti örnək addıma imza atdılar. Belə ki, kəndin xeyriyyəçi insanları vəfat edən yaxınlarının ehsanına dəbdəbəli süfrə təşkil etməkdənsə, kəndin iki mərkəzi küçəsini təmir edərək kənd sakinlərinin istifadəsinə veriblər.
Bu gün isə daha bir Dəllər Cəyir kənd sakini vəfat edən yaxınının ehsanına küçə təmir etdirib.
Artıq yas mərasimlərində dəbdəbəli süfrə əvəzinə xeyriyyə işləri görmək bu kənddə xeyrixah ənənəyə çevirilib.
Qeyd edək ki, artıq bir neçə ildir Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin sadələşdirilməsi istiqamətində ciddi addımlar atılır.
Çoxsaylı Şəmkir sakinlərinin müraciətindən sonra rayonda ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə verilir. Bu işi şəmkirlilər, xüsusilə ağsaqqallar yüksək qiymətləndirirlər.
Sevindirici haldır bu ənənəni pozmağa cəhd edənlər elə sakinlərin özləri tərəfindən qınaq obyektinə çevrilir.