Şriftin ölçüsü :

Saytın rəngi :

MƏRKƏZİ BANK VƏ ŞƏMKİR RİH-İN TƏŞKİLATÇILIĞI İLƏ QAZİLƏRLƏ VİDEOKONFRANS KEÇİRİLDİ

05 fevral 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı.

Bu tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.

Bu qayğının bariz nümunəsi olaraq bu gün Azərbaycan Respublikası Mərkəzi Bankı və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən Müharibəsi qaziləri  və onlarn ailələri ilə videokonfrans keçirilib.
54 qazi və  ailə üzvləri ilə keçirilən görüş zamanı onların banklara olan borc öhdəliklərinin silinməsi istiqamətində müzakirələr aparılıb.

Göstərilən diqqət və qayğıya görə qəhrəman qazilərimiz və ailə üzvləri Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Mərkəzi Bank rəhbərliyinə və Şəmkir RİH-ə təşəkkürlərini bildiriblər.

Biz də öz növbəmizdə görüşün təşkil olunmasına görə Mərkəzi Bank rəhbərliyinə, Maliyyə Xidmətləri İstehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin müdiri Murad Məmmədova və bütün Mərkəzi Bank əməkdaşlarına Şəmkir Rayon İcra Hakimiyyəti və bütün şəmkirlilər adından təşəkkürümüzü bildiririk.

Keçidlər