Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Narkomaniyaya yox deyək!“ mövzusunda tədbir keçirilmişdir.

22 yanvar 2015 | 16:00

22 yanvar 2015-ci il tarixdə Şəmkir Rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!“ mövzusunda tədbir keçirilmişdir. Tədbir Şəmkir rayonu C.Rüstəmov adına tam orta məktəbində keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Rayon Polis şöbəsinin rəisi Şükür Mehtiyev tədbir iştirakçılarının nəzərinə çatdırmişdır ki, bugün bütün dünyanı bürüyən “ağ ölüm“ adlanan narkomaniya, sağlam gələcək nəsil anlayışının yox olmaq təhlükəsi ilə üzləşdirir. Narkomaniya insan həyatının amansız əzrayılı, insan mənəviyyatının məhvidir. Narkotik vasitələrdən istifadə edən insanlar anlamadırlar ki, onlar təkcə öz həyatlarını deyil, bir və ya bir neçə nəslin həyatını puç edirlər.

Rayon Polis şöbəsinin rəisi Şükür Mehtiyev yekunda qeyd etdi ki, bu gün təşkil olunan bu tədbir, gənclərlə bu mövzuda bizim söhbətlərimizin başlanğıcıdır. Biz cəmiyyətin gələcək inkişaf qüvvəsi olaraq “ ağ ölümə “ qarşı daha mübariz olmalıyıq. Çünki sizlər bu cəmiyyətin gələcəyisiniz. Bizə sağlam gələcək lazımdır. Xəstə bir cəmiyyət ilə də heç bir inkişafa nail olmaq olmaz.

Daha sonra çıxış edən Şəmkir rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski çıxışında bildirdi ki, narkomaniya adlanan insan ömrünün qatilinə çevrilən, onu mənəviyyatını məhv edən bəladır.Təəssüflər olsun ki, cəmiyyətimizdə belə hallara rast gəlinir. Dövlətimiz tərəfindən də belə halların çoxalmaması üçün mühüm tədbirlər görülür.

Sonda tədbirdə iştirak edən gənclərə birdaha müraciət olunaraq bildirildi ki, bucür qaranlıq mövzulardan hər zaman uzaq olsunlar çünki gənclər bizim geleceyimizdir.

Keçidlər