MƏRKƏZİ BANK VƏ ŞƏMKİR RİH-İN TƏŞKİLATÇILIĞI İLƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ VİDEOKONFRANS KEÇİRİLDİ
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı.
Bu tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır. Dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir.
Bu qayğının bariz nümunəsi olaraq bu gün Azərbaycan Respublikası Mərkəzi Bankı və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən Müharibəsində şəhid olan Şəmkir şəhidlərinin ailələri ilə videokonfrans keçirilib.
18 şəhid ailəsi ilə keçirilən görüş zamanı şəhidlərimizin ailə üzvlərinə aid olan borc öhdəliklərinin silinməsi istiqamətində müzakirələr aparılıb.
Göstərilən diqqət və qayğıya görə şəhid ailələri Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Mərkəzi Bank rəhbərliyinə və Şəmkir RİH-ə təşəkkürlərini bildiriblər.
Biz də öz növbəmizdə görüşün təşkil olunmasına görə Mərkəzi Bank rəhbərliyinə, Maliyyə Xidmətləri İstehlakçılarının hüquqlarının müdafiəsi şöbəsinin müdiri Murad Məmmədova və bütün Mərkəzi Bank əməkdaşlarına Şəmkir Rayon İcra Hakimiyyəti və bütün şəmkirlilər adından təşəkkürümüzü bildiririk.
Onu da bildirək ki, bu günə kimi Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilmişdir. İntensiv hərbi əməliyyatların başlanmasından etibarən Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara sığorta ödənişlərinin də operativ ödənilməsinin təmin olunması məqsədilə müvafiq dövlət qurumları ilə əməkdaşlığa başlamışdır.