Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD ƏMANƏTİMİZ ƏMƏLİYYAT OLUNDU

28 yanvar 2021 | 16:00

Ölkəmiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxdı. Bizə qalib ölkə sevinci yaşadan əsgərlərimizidən kimi şəhid olaraq ən böyük zirvəyə qalxdı, kimisi isə qazi olaraq qalib əsgər kimi evinə döndü.

Bu gün Şmkir rayonunda hər bir şəhid ailəsi istər şəmkirlilər, istərsə də dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunub.

Vətən uğrunda canını fəda edən şəhidlərimizdən biri də Şəmkir şəhər sakini Emin Alməmmədovdur.

Bütün Azərbaycanımıza “Azad Vətən”, “Azad Qarabağ” kəlməsini bəxş edən bu qəhrəman qardaşlarımız bizlərə əmanətlər də qoyub getdilər. Tək qanları, canları ilə qazandıqları azadlığı deyil, övladlarını da qorumaq üçün Vətənə  əmanət etdilər.
Bu günlərdə Emin Alməmmədovun şəhid əmanəti övladları - Alməmmədov Əbəlfəz Emin oğlu və Alməmmədova Xədicə Emin qızının səhhətində yaranan problemlərə görə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən "Bakı Sağlamlıq Mərkəzi" və "Kaspian İnternational Hospital"a müraciət edildi.

Hər iki klinika tərəfindən müraciətə anında həssaslıqla yanaşldı və şəhidimizin övladları Bakı şəhərinə dəvət olundu.

Klinakının həkim heyəti tərəfindən vətən əmanətiləri sevgi ilə qarşılanıb, dərhal müayinə və müalicəsinə başlanılmış, dərman pereperatları ilə təmin edilmişdir.

Artıq Xədicə  Almmədova "Bakı Sağlamlıq Mərkəzi”ndə müalicəsinə başlanılıb, Əbəlfəz bala isə və "Kaspian İnternational Hospital"da əməliyyat olunub. Hər iki balmızın səhhəti qaydasındadır.

Göstərdiyi dəstəyə və əvəzsiz xidmətlərinə görə Şəmkir RİH kollektivi və bütün şəmkirlilər adından "Bakı Sağlamlıq Mərkəzi" və "Kaspian İnternational Hospital"a
dərin təşəkkürümzü bildiririk.

Keçidlər