Şriftin ölçüsü :

Saytın rəngi :

27 YAŞLI GƏNC, BEYNƏLXALQ DƏRƏCƏLİ İDMAN HAKİMİNƏ ŞƏMKİR RİH-DƏ YÜKSƏK VƏZİFƏ VERİLDİ

27 yanvar 2021 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qılıncbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Səfərov Hacı Elbrus oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qılıncbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

1993-cü ildə Qılıncbəyli kəndində anadan olan H.Səfərov Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasını bitirib, 1-ci dan qara kəmər ustası, Karate üzrə Beynəlxalq dərəcəli idman hakimidir.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Hacı Səfərovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər