Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi baş tutub

16 yanvar 2021 | 16:00

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Azərbaycan Türkiyə İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi ilə “Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində Şəmkirdəki şəhid və qazi ailələrinə sovqatların çatdırılmasına başlanılıb.

100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsinin deputatı Kamran Bayramovun təşkilatçılığı ilə həmin dairəni əhatə edən şəhid və qazi ailələrinə sovqatların çatdırılması üçün Şəmkirə səfər edən qonaqları rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qarşılayıb.

İcra Başçısı bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti səfiri cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, layihənin həyata keçirilməsində xidmətləri olan hər kəsə şəmkirlilər adından dərin minnətdarlığını bildirib.

Daha sonra 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini əhatə edən yaşayış məntəqələrindəki torpaqlarımızın azadlığı uğrunda canından keçən və qazi olan hər bir qəhrəmanın ailə üzvlərinə qonaqlar və RİH əməkdaşlarının iştirakı ilə baş çəkilib, sovqatlar çatdırılıb.

Keçidlər