Şriftin ölçüsü :

Saytın rəngi :

ŞAD XƏBƏR - VƏTƏN MÜHARİBƏSİNDƏ DİLİ TUTULAN QAZİMİZ DANIŞMAĞA BAŞLADI

14 yanvar 2021 | 16:00

Ölkəmiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxdı. Bizə qalib ölkə sevinci yaşadan əsgərlərimizidən kimi şəhid olaraq ən böyük zirvəyə qalxdı, kimisi isə qazi olaraq qalib əsgər kimi evinə döndü.

Bu gün Şəhid ailələri diqqət mərkəzində saxlanıldığı kimi, qazilərimizin də sağlamlığı hər birimiz üçün vacib və önəmli məsələdir.

Qazilərimizdən biri də, Şuşa döyüşlərində qəhrəmalıq göstərən Yeni Həyat kənd sakini Həsənov İslam İlqar oğludur.

Mədəniyyət beşiyimiz olan Şuşa uğrunda gedən döyüşlərdə yarlanan İslam Həsənovun dili tutulur.

Bu günlərdə Qazimizin sağlamlığının bərpası üçün Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən “MEDİKUS CLİNİC-ə müraciət olundu.

Klinika tərəfindən müraciətə anında həssaslıqla yanaşldı və qazimiz Bakı şəhərinə dəvət olundu.

Klinakının həkim heyəti tərəfindən qazimiz sevgi ilə qarşılanıb, dərhal müayinə və müalicəsinə başlanılmış, dərman pereperatları ilə təmin edilmişdir.

Xoş xəbərimiz isə ondadır ki, Həkim Şəfa Cavadova tərəfindən müalicə olunan qazimiz artıq danışmağa başlayıb.

Göstərdiyi dəstəyə və əvəzsiz xidmətlərinə görə Şəmkir RİH kollektivi və bütün şəmkirlilər adından “MEDİKUS CLİNİC”ə və Həkim Şəfa Xanım Cavadovaya dərin təşəkkürümzü bildiririk.

Keçidlər